tərəfindən

Ümumtəhsil məktəbləri üçün tədris resurslarının hazırlanmasının elmi-pedaqoji əsasları

Asif Hacıyev

Azərbaycan Respublikası Təhsil İnstitutu Tədris resurslarının metodologiyası
şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent

haciyev_asif@mail.ru

Yeniləşmə mərhələsi yaşayan ümumtəhsil məktəblərimizdə müasir pedaqoji baxışlara istinadən hazırlanmış tədris vəsaitlərinə böyük tələbat vardır. Təyinatına, məzmununa və işlənmə formasına görə fərqlənən belə vəsaitlərin hazırlanmasına qabaqcıl müəllimlərimiz xüsusi maraq göstərsələr də, onların işlənilməsi ilə bağlı dəqiq məlumatlara malik olmadıq­larından müəyyən çətinliklər çəkirlər. Bu amil nəzərə alınaraq məqalədə tədris resurs­larından bəhs olunmuşdur.

Müasir mərhələdə Azərbaycan təhsilinin qarşısında qoyulan strateji vəzifələrdən biri ümumtəhsil məktəblərində təlim prosesini, onun məzmununu inkişaf etmiş qabaqcıl Av­ro­pa ölkələrinin standartlarına uyğunlaşdır­maqdır. Təhsilin demokratik prinsiplər əsasında idarə olunması, peşəkar müəllim hazırlığı və innovativ təlim texnologiyalarının səmərəli tətbiqi kimi mühüm amillər üzərində qurulmuş yeni təhsil konsepsiyası bu uyğunlaşdırma prosesinin nə müddətdə, necə və hansı vasi­tələrlə reallaşdırılması ilə şərtlənir. Təbii ki, ənənəvi təhsil modeli kimi səciyyələndirilən yaddaş məktəbindən daha mütərəqqi təhsil mo­delinə, yəni təfəkkür məktəbinə keçid müəy­yən zaman çərçivəsində reallaşdırılmalıdır. Burada nə tələskənliyə yol vermək, nə də vaxtı uzatmaq özünü doğrultmaya bilər. Tələskənlik formalizmə, gecikmək isə konsepsiyanın ak­tuallığını itirməsinə şərait yaradar. Odur ki,

Daha ətraflı (PDF) >>

Bir şərh yazın